Smotriç: "Gedin, dəvənizi sürün" | VİDEO

      Smotriç:    "Gedin, dəvənizi sürün" |    VİDEO
  23 Oktyabr 2025    Oxunub:685
"Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin normallaşması Fələstinin tanınmasına əsaslanırsa, onda bu, lazım deyil".
Bu sözləri İsrailin maliyyə naziri Betsalel Smotriç ölkənin "Zomet" İnstitutu ilə "Makor Rişon" qəzetinin təşkilatçılığı ilə baş tutan "Texnoloji dövrdə Halaxa" adlı konfransda dilə gətirib. O vurğulayıb ki, belə bir "qarşılıqlı anlaşma" yolverilməzdir.

"Rəsmi Ər-Riyad bizə bildirir ki, Fələstinin dövlət səviyyəsində tanınması müqabilində münasibətlərin normallaşmasına razıdır. Yox, dostlar, minnətdaram. Gedin, səhralarınızda dəvələrinizi sürün", - nazir deyib. Onun bu fikirləri ABŞ Prezidenti Donald Trampın "Yaxın Şərqdə vəziyyəti qaydaya salmaq", habelə İsrail-Səudiyyə Ərəbistanı münasibətlərini normallaşdırmaq cəhdləri fonunda böyük təndiqlə qarşılanıb.

Məlumat üçün bildirək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu məsələ üzrə danışıqlar aparmaq məqsədilə gələn ay Ağ Evdə Donald Trampın qəbuluna gedəcək. Təklifə əsasən, İsrail rəsmi Fələstin Dövlətinin qurulmasına icazə verərsə, Ər-Riyad bu ölkə ilə əlaqələrini canlandırmağa hazırdır. Maliyyə naziri Betsalel Smotriçlə yanaşı bir sıra hökumət nümayəndəsi belə bir təklifə qətiyyətlə qarşı çıxır.
ABC: "Qəzzanın bərpası üzrə mərkəz açılır"

Xatırladaq ki, oktyabrın 9-da Fələstinin HƏMAS terror təşkilatı Donald Trampın təklifi üzrə İsraillə Qəzza zolağında atəşkəsə razılıq verib. Ötən günlərdə isə Qəzzada saxlanılan əsirlərin hamısı azadlığa buraxılıblar. Eyni zamanda, Misirdə Yaxın Şərq Sülh Sammiti baş tutub. Hazırda atəşkəs üzrə danışıqların ikinci mərhələsinin keçirilməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Səudiyyə-Ərəbistanı   ABŞ   Fələstin  



Xəbər lenti